Hindistanın Qulmarq dağ-xizək kurortunda kanat yolunun kabinəsinin qoparaq yerə düşməsi nəticəsində 7 nəfər ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “India Today” nəşri məlumat yayıb.
KİV-in yazdığına görə, kabinə üzərinə ağac aşması nəticəsində yerindən çıxıb.
İlkin məlumatlara görə, kabinədə iki uşaq daxil olmaqla bir ailənin üzvləri və bələdçi olub.
A.M.