Bu gün Pakistanın şimal-qərbində uşaq oyuncağına bənzəyən partlayıcı qurğu işə düşüb, 6 uşaq ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Cənubi Vəziristanın kəndlərindən birində, Əfqanıstan sərhədi yaxınlığında baş verib.
Bomba-oyuncağın partlaması nəticəsində yaşı 12-yə qədər olan 6 uşaq həyatını itirib, 2 uşaq ağır yaralanıb.
A.M.