Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutuları tapıldı
Hindistanın qərbində yerləşən Əhmədabad şəhərində baş verən sərnişin təyyarəsi qəzası ilə bağlı istintaq davam edir. Qəza yerində təyyarəyə məxsus qara qutular aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "News18" telekanalı yayıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Hindistanın Mülki Aviasiya Baş Direktorluğu (DGCA) qara qutulardakı məlumatları təhlil edəcək.
Xatırladaq ki, iyunun 12-də Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Göyərtəsində 242 nəfər olan təyyarə Londona uçmalı idi. Son məlumatlara görə, qəza nəticəsində 310-dan çox insan həyatını itirib. Həlak olanlar arasında təyyarənin yerə düşdüyü ərazidə olan mülki şəxslər də var. Ölənlərin dəqiq sayı DNT analizlərindən sonra müəyyən ediləcək. Məlumata görə, yalnız bir sərnişin sağ qalıb.
"Hindistanda təyyarə qəzası" teqi üzrə xəbərlər
- Hindistanda qəzaya uğrayan "Boeing"in pilotu intihar edib?
- "Yanacağı niyə kəsdin?" - Hindistanda təyyarə qəzasında pilotlar arasında müəmmalı dialoq
- Yas tutanlara hüquqi tələ: "Air India" qəzada həlak olanların ailələri ilə necə manipulyasiya edib?
- Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"
- "Boeing 787-8" təyyarələrinin uçuşları dayandırıla bilər