Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-27 qırıcısı bu gün səhər saatlarında Racastan ştatının Codxpur şəhəri yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Qırıcı planlaşdırılmış uçuşu həyata keçirən zamanı qəzaya uğrayıb. Pilot katapult edə bilib. Faktla bağlı araşdırmalar aparılır”, - məlumatda bildirilib.
Qeyd edilib ki, dinc sakinlər arasında itki qeydə alınmayıb.