Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hindistanda toyda qalmaqal: Gəlinin keçmiş sevgilisi əvvəlcə bəyin əlini sıxdı, sonra yumruqladı
Hindistanın Racastan əyalətində keçirilən toy mərasimində maraqlı hadisə baş verib.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, bəy və gəlin təbrikləri qəbul etdikləri zaman gözlənilməz hal yaşanıb.
Gəlinin keçmiş sevgilisi səhnəyə çıxaraq əvvəlcə bəyin əlini sıxıb, sonra isə ona yumruq atıb. Təəccüb içində qalan gəlin keçmiş sevgilisi ilə ərini ayırmaq üçün xeyli cəhd göstərib.
Baş verənlər qonaqlar tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Sosial şəbəkə istifadəçiləri toy şənliyi zamanı baş verən bu zorakılığı qınayıblar.
"Qorxaq bir hərəkət... Ümid edirəm ki, bəy təhlükədən uzaqdır", - deyə istifadəçilərdən biri yazıb.
"Bu klipi görmək qorxulu idi", - deyə digəri qeyd edib.
"Hindistan" teqi üzrə xəbərlər
- İtaliya Superkubokunun keçiriləcəyi ölkə dəyişdirilə bilər
- Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək
- Ukrayna XİN: "Bu il münaqişəyə son qoymağa hazırıq"
- Hindistanın Baş naziri Narendra Modi Zelenskiyə müraciət edib
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı