Hindistanın cənubundakı Telanqana əyalətində kimyəvi zavodda baş verən partlayışdan sonra baş verən yanğın nəticəsində azı 10 işçi ölüb, 20 nəfər yaralanıb.
Oxu.Az-ın "Press Trust of India" agentliyinə istinadən verdiyi məlumata görə, insident Paşamilaram şəhərindəki "Sigachi Industries" zavodunda baş verib.
Partlayışın baş verdiyi sexin dağıntıları altında ola biləcək insanların axtarışı üçün hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb edilib.
Hindistanın Hava Qəzalarının Təhqiqat Bürosu (AAIB) qəzanın mümkün səbəbi kimi təxribatı istisna etməyib.