Hindistanın şimalında, Uttar-Pradeş ştatının Kanpur şəhəri ərazisində ikiyerli təlim-məşq təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.
Hadisə nəticəsində pilotlardan biri həyatını itirib, digəri isə ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib.
Qəzanın dəqiq başvermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir.
Qaynar xətt:
(055) 224 12 12