Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hindistanlı iş adamı sevimli itinə milyonlarla dollar miras qoydu
Hindistanlı iş adamı Ratan Tata ölümündən sonra "Tito" adlı sevimli alman çoban itinə 100 milyon dollardan çox miras qoyub.
Bu barədə Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir.
Məlumata görə, Tata 86 yaşında Mumbayda dünyasını dəyişib. İki həftə sonra məlum olub ki, o, sərvətinin çox hissəsini sevimli alman çoban iti, eşikağası və baş köməkçisi Konar Subbiax və aşpazı Radjan Şou arasında bölüşdürüb.
Bildirilir ki, milyonçu heç vaxt evli olmayıb və övladı da olmayıb, həyatı boyu heyvanlara olan sevgisi ilə tanınıb. Vəsiyyətnamədə, həmçinin qeyd olunub ki, "Tito" sonsuz qayğı ilə əhatə olunmalıdır.
Tata 1937-ci ildə Bombeydə (indiki Mumbay) anadan olub. Karyerasına ailə biznesi olan və hazırda "Tata" kimi tanınan "TISCO" duz və polad şirkətində başlayıb. 1991-ci ildən sahibkar ailə imperiyasını idarə etməyə başlayıb və illər ərzində müəssisə 100-dən çox şirkəti birləşdirən qrupa çevrilib.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu
- Hindistan USAID və Soros Fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi
- Hindistanda vağzalda izdiham zamanı 18 nəfər ölüb
- Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı üçtərəfli danışıqların keçiriləcəyini elan etdi
- ABŞ Hindistan ilə "Javelin" və "Stryker"lərin birgə istehsalına başlayacaq