Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Hizbullah"ın baş katibi İranla bağlı Livan hökumətinə çağırış edib
"Hizbullah"ın baş katibi Nəim Qasım Livan hökumətini İran təyyarələrinin Beyrut Beynəlxalq Hava Limanına enişini qadağan edən qərarına yenidən baxmağa çağırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Manar" telekanalı məlumat yayıb.
Nəim Qasım bildirib ki, müxtəlif səbəblərdən bir çox ölkələrin livanlılara kömək etməkdən çəkindiyi bir vaxtda İran Livan xalqına yardımını əsirgəməyib.
N.Qasım bildirib ki, ABŞ direktivlərinə tabe olmaq Livanı uçurumun kənarına apara bilər.
"Livan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar