Livan hökuməti "Hizbullah" hərəkatını İsrail və İran arasında yaranmış hərbi qarşıdurmaya cəlb olunmaqdan çəkindirib.
Oxu.Az bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" nəşrinə istinadla xəbər verir.
Məlumata görə, Livan rəhbərliyi açıq şəkildə bəyan edib ki, "Hizbullah"ın mümkün cavab tədbirlərində iştirak etməsi və ölkəni münaqişəyə sürükləməsi ciddi məsuliyyətə səbəb olacaq.
"Hizbullah"ın dövlətin əvəzinə müharibə qərarı verdiyi dövr artıq arxada qalıb", - deyə mənbə bildirib.
Öz növbəsində "Hizbullah" təşkilatı rəsmi bəyanat yayaraq, münaqişəyə müdaxilə etmədiklərini və İsrailə qarşı heç bir hücuma başlamayacaqlarını bildirib.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksək rütbəli hərbçi və nüvə alimləri öldürülüblər.