Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
Honkonqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 83 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Bildirilir ki, xilasetmə əməliyyatı zamanı yanğınsöndürənlər sağ qalan daha bir nəfəri xilas ediblər.
Honkonqda yaşayış kompleksində baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 65-ə çatıb. Yanğının söndürülməsi işləri hələ də davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, daha 280 nəfər hələ də itkin sayılır, 70-dən çox sakin xəstəxanadadır.
Bundan əlavə, ən azı 60 nəfər yaşayış kompleksində qapalı vəziyyətdə qalıb. Nəşrin məlumatına görə, yanğınsöndürənlər binada olan 62 nəfərdən kömək çağırışı alıblar, lakin hazırda onlara çata bilmirlər.
Yanğınsöndürənlər yeddi binadan üçündə yanğınla mübarizə aparırlar, dörd binada isə yanğın tamamilə söndürülüb.
Honkonqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 55-ə çatıb.
Oxu.Az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl 44 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, səkkiz çoxmərtəbəli binadan ibarət kompleksdə yanğın noyabrın 26-da başlayıb. Bir bina ciddi zərər görməyib, yeddisi isə alovlara qərq olub.
Honkonqun Tai Po rayonunda baş verən və azı 44 nəfərin ölümünə səbəb olan hadisə şəhər tarixində yaşayış binasında ən ölümcül yanğın olub.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, ölənlərin sayına görə əvvəlki ən böyük yanğın 1996-cı ildə baş verib. Həmin vaxt yanğında 41 nəfər ölüb, 81 sakin xəsarət alıb. Yanğına qaynaq işlərinin təhlükəsiz aparılmaması səbəb olub.
Xatırladaq ki, dünən Honkonqda baş verən yanğın zamanı ölənlərin sayı azı 44-ə çatıb, 100-ə yaxın insan yaralanıb, onlardan 45-nin vəziyyəti ağırdır. Təxminən, 279 nəfər hələ də itkin sayılır.