ABŞ İranla bağlı sanksiyalar siyahısına 10 hüquqi şəxs və səkkiz tankeri əlavə edib.
Oxu.Az xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilib.
Qeyd edilir ki, məhdudiyyətlər İran, Honq-Konq və Marşal adalarında yerləşən şirkətlərə qarşı tətbiq edilib.
Sanksiya siyahısına salınmaq ABŞ-dəki aktivlərin dondurulması, habelə ABŞ vətəndaşlarına və şirkətlərinə bu siyahıda olan şəxslərlə biznes aparmağın qadağan edilməsi deməkdir.
Qaynar xətt:
(055) 224 12 12