ABŞ və İran arasında razılaşmalar əldə edildikdən sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpası ən azı iki həftə çəkə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzetinə dünyanın ən böyük tanker donanması operatoru "Mitsui O.S.K. Lines" şirkətinin rəhbəri Dzetaro Tamura danışıb.
Onun sözlərinə görə, gəmiçilik şirkətləri dərhal normal iş qrafikinə qayıtmağa tələsmirlər və boğaz vasitəsilə hərəkətin həqiqətən təhlükəsiz olmasına dair rəsmi təsdiq gözləmək niyyətindədirlər.
"Bunun üçün bir ay olmasa da, ən azı bir neçə həftə vaxt lazım olacağını güman etmək məntiqlidir", - deyə Tamura qeyd edib.
"Financial Times" qəzeti qeyd edir ki, hazırda Hörmüz boğazı bölgəsində hələ də yüzlərlə gəmi öz marşrutunu təhlükəsiz qaydada davam etdirə bilmək üçün müvafiq şəraitin yaranmasını gözləməkdədir.