"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".
Oxu.Az xəbər verir ki, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
"BƏƏ ADNOC-a məxsus tankerə qarşı terror hücumunu ən sərt şəkildə qınayır və narahatlığını bildirir", - deyə nazirlik bəyan edib.
Məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazında tanker naməlum hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO 78 dəniz mili (125,9 km - red.) şimalda, BƏƏ ərazisində baş verən hadisə barədə məlumat alıb. Tanker mənşəyi naməlum mərmilərlə atəşə tutulub", - deyə mərkəzin sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd olunur ki, gəmi heyəti təhlükəsizlikdədir, hadisə zamanı ətraf mühitə ziyan dəyməyib.