Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Husilər ABŞ ilə danışıqlara hazırdırlar
"Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər sülhə nail olmaqdan ötrü ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdırlar".
Oxu.Az xəbər verir ki, bunu husilərin adı açıqlanmayan nümayəndəsi "Al Araby" telekanalına deyib.
Onun sözlərinə görə, bunun üçün Vaşinqton danışıqlar aparmaq niyyətində olduğunu bəyan etməlidir:
"Danışıqlar üçün kanallar açıq olmalıdır, biz həmişə dialoqu dəstəkləmişik".
Xatırladaq ki, ABŞ martın 15-də Yəməndə husilərə zərbələr endirməyə başlayıb.
"Yəmən" teqi üzrə xəbərlər
- ABŞ-nin Yəmənə hücumları zamanı ölənlərin sayı artıb
- Tramp əmr etdi: Husilərə qarşı hərbi əməliyyatlar başladı
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?
- ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
- İranın qayıqlarla Yəmənə daşıdığı dron və silahlar ələ keçirilib
Ən çox oxunanlar