Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Husilər İsrailin hərbi bazasına raket zərbəsi endirib
Yəmən husiləri Neqev səhrasında yerləşən İsrailin Nevatim hərbi bazasına "Fələstin-2" adlı hipersəsli ballistik raketlə zərbə endirib.
Oxu.Az-ın "Al-Arabiya News"a istinadən xəbərinə görə, bu barədə qruplaşmanın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.
Qeyd edək ki, husilər, həmçinin Yəmənin Əl-Cauf əyalətinin hava məkanında ABŞ-yə məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub.
Bu məlumatı husilərə məxsus "Al-Masirah" telekanalı yayımlayıb.
"Husilər" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər