Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı İsrailin paytaxtı Təl-Əvivdəki obyektlərə ballistik raketlərlə zərbə endirdiyini bəyan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.
Husilərin nümayəndəsi hücumun nəticələri barədə məlumat verməyib.
O, həmçinin qeyd edib ki, "Ənsar Allah" regiondakı müharibəyə müdaxiləsinin hazırkı mərhələsində dayanmayacaq. Saria izah edib ki, husilər hadisələrin inkişafına uyğun hərəkət edəcəklər.