Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Husilər Türkiyə gəmisini vurdular
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Qırmızı dənizdə üzən Türkiyənin "Anadolu S" yük daşıyan gəmisinə raket zərbəsi endiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
Hərəkatın sözçüsü husilərə məxsus "Əl Məsirə" telekanalında bəyan edib ki, "Yəmən donanması əməliyyat keçirərək, Qırmızı dənizdə olan "Anadolu S"ə bir neçə ballistik və gəmi əleyhinə raketlərlə hücum edib".
Qeyd edək ki, İstanbulda yerləşən "Oras Shipping" şirkətinə məxsus "Anadolu S" Panama bayrağı altında üzür.
Husilər Türkiyə gəmisini vurdular

"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- Pentaqon husilərə qarşı əməliyyata başlayır: Regiona 300-dən çox amerikalı hərbçi gedib
- ABŞ husilərin nəzarətində olan Səna aerodromunu vurdu
- Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib
- Husilər son sutka ərzində ABŞ aviadaşıyıcısına üç dəfə hücum ediblər
- Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?
Ən çox oxunanlar