Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Husilər Yəməndə BMT-nin İnsan Hüquqları İdarəsinin ofisini ələ keçiriblər
Husi qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ali İnsan Hüquqları Komissarlığının (AİHK) ofisini nəzarətə götürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə AİHK-nın rəhbəri Folker Türkün bəyanatına istinadən "RIA Novosti" xəbər verir.
Hücum zamanı ofisdə olan sənədlər və nəqliyyat vasitələri müsadirə edilib.
Folker Türkün sözlərinə görə, bu hadisə BMT-nin imtiyaz və immunitetlərinə tamamilə ziddir və BMT-nin öz mandatını, o cümlədən insan hüquqlarına nəzarət sahəsində yerinə yetirmək qabiliyyətinə ciddi hücumdur.
Hadisə avqustun 3-də baş versə də, bəyanat yalnız indi verilib. AİHK-nın rəhbəri hücum edənlərdən BMT missiyasının binalarını boşaltmağı və bütün əmlakı qaytarmağı tələb edib.
Xatırladaq ki, Yəmən 2014-cü ildən bəri vətəndaş müharibəsi ilə üzləşir. Ölkənin şimalında Husi qüvvələri hökumətə qarşı mübarizə aparır. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 377 min insan həlak olub, milyonlarla insan humanitar yardıma ehtiyac duyur. Beynəlxalq ictimaiyyət tərəfləri sülh danışıqlarına çağırsa da, vəziyyət gərgin olaraq qalır.
"Yəmən" teqi üzrə xəbərlər
- Yəmən Təl-Əvivin mərkəzinə raket zərbəsi endirdi: Xəsarət alanların sayı artdı
- Husilər Təl-Əvivə hipersəsli ballistik raketlərlə zərbələr endiriblər
- İsrail ordusu "Ənsər Allah"ın Yəməndəki hərbi obyektlərinə hava zərbələri endirib
- ABŞ və Böyük Britaniya Yəməndə husilərin hədəflərinə hava zərbələri endirib
- Husilər Təl-Əvivi və Aşkelondakı hərbi hədəfi pilotsuz təyyarələrlə vurdular
Rəylər