Hindistan Hərbi Dəniz Qüvvələri Ədən körfəzində husilərin hücum etdikləri və üç nəfərin həlak olduğu “True Confidence”dən xilasetmə əməliyyatının videosunu yayıblar.
Bildirilir ki, yük gəmisinin heyəti dünən raketli hücuma məruz qaldıqdan sonra qəza siqnalı verib.
O da vurğulanır ki, Barbados bayrağı ilə hərəkət edən “True Confidence” Liberiyaya məxsusdur.
Husilərin hücumuna məruz qalan yük gəmisində xilasetmə əməliyyatının görüntüləri - YENİLƏNİB + VİDEO
Mənbə: kp.ru
10:28
Husilər Ədən körfəzində Barbados bayrağı ilə hərəkət edən “True Confidence” gəmisinə atəş açıblar.
Məlumatı Böyük Britaniyanın Sənadakı səfirliyi də təsdiq edib.
Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da hücumu təsdiqləyərək üç dənizçinin öldüyünü, daha dörd dənizçinin xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, Yəmənin böyük hissəsinə nəzarət edən və İran tərəfindən dəstəklənən husilər daha əvvəl Qırmızı dənizdən keçərək İsrailə gedən istənilən gəmiyə hücum edəcəklərini bildiriblər.
Husilər bu yolla HƏMAS qruplaşmasına dəstək verdiklərini bildiriblər.
Mənbə: Rbc.ru
Rəylər