Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Husilərin Yunanıstana məxsus yük gəmisinə raket hücumunun kadrları yayıldı - VİDEO
Yəmənin “Ənsar Allah” hərəkatının yaraqlıları Ədən körfəzində Yunanıstana məxsus “Zografia” yük gəmisini raketlə vurublar.
Bu barədə yerli mediada xəbər verilib və hadisənin baş verdiyi anın görüntüləri yayılıb.
Bildirilir ki, hücum yanvarın 16-da həyata keçirilsə də, kadrlar bu gün paylaşılıb.
Yük gəmisi Malta bayrağı altında hərəkət edib. Hücum nəticəsində heyət arasında xəsarət alan olmayıb, gəmiyə dəyən zərər barədə məlumat verilmir.
Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən HƏMAS-ın İsrailə hücuma başlamasından sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər. Bunun qarşısını almaq üçün gəmi sahibləri qeyri-adi üsula əl atmaq məcburiyyətində qalıblar. Belə ki, kapitanlar gəmilərin hərəkətini izləmək üçün elektron platformalarda İsraillə əlaqəli olmadıqlarını qeyd edirlər.
Mövzuya aid xəbərlər
- Gəmi kapitanları Qırmızı dənizdə husilərin hücumlarından qorunmaq üçün unikal addıma əl atdılar - FOTO
- Husilər Ədən körfəzində ABŞ tankerinə hücum ediblər - FOTO
- Husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının nəticələri məlum oldu
- Husilər fransız ticarət gəmisinə hücum etdilər
- Yəmənin husi üsyançıları Britaniya gəmisinə hücum edib
Rəylər