Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının nəticələri məlum oldu
Daha çox xarici gəmilərin Afrikaya istiqamətinin dəyişdirilməsi Mavrikiydən Cənubi Afrikaya və Kanar adalarına qədər uzaq limanlarda bunker yanacağına tələbatı artırır.
Bu barədə “Reuters” treyderlərə və analitiklərə istinadən yazır.
Yəmən husilərinin Qırmızı dənizdə “Ənsar Allah” hərəkatının hücumları səbəbindən gəmilər marşrutlarını tənzimləyir.
Keyptauna tədarük edilən aşağı kükürdlü bunker yanacağının qiymətləri hücumların başladığı noyabrın ortalarından bəri 15% artaraq metrik ton üçün demək olar ki, 800 dollara çatıb.
Hollandiyanın Ticarət və Logistika üzrə “Evofenedex” biznes assosiasiyasının dəniz məsələləri üzrə müşaviri Kasper Rurade bildirib ki, Yəmən husilərinin gəmilərə hücumları səbəbindən Çindən Avropaya Qırmızı dənizdən keçmədən bir konteynerin daşınmasının dəyəri dörd dəfə artıb - təqribən 1 000 dollardan 4 000 dollara çatıb.
"Cənubi Afrika" teqi üzrə xəbərlər
- Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı
- Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?
- Almaniyalı məşqçi bir ay öncə sükanı arxasına keçdiyi komandadan intim qalmaqala görə ayrılıb
- Cənubi Afrikada məktəbli avtobusu aşıb: Ölənlər və yaralananlar var
- BRİKS vahid valyuta və ödəniş sistemi tətbiq edəcək
Rəylər