Kassasiya məhkəməsi Misirin sabiq prezidenti Hüsnü Mübarəkə bəraət verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb.
Ölkənin ali məhkəmə qurumu sabiq prezidentin üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb. Bu qərar sonuncudur və şikayət oluna bilməz.
Bununla da Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.
S.B.
www.oxu.az