ABŞ-nin Miçiqan ştatında kilsəyə silahlı hücumu İraq müharibəsi veteranı Tomas Ceykob Sanford həyata keçirib.
Oxu.Az bu barədə "Türkiye Gazetesi"nə istinadla xəbər verir.
Bildirilir ki, polislərlə qarşıdurmada məhv edilən 40 yaşlı silahlının motivi hələlik məlum deyil.
Hadisə yerində partlayıcı qurğular da aşkar edilib.
Bundan başqa, Ceykob Sanfordun törətdiyi yanğına görə kilsə binası tamamilə yararsız vəziyyətə düşüb. Dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.
ABŞ-nin Miçiqan ştatındakı kilsədəki atışmada dörd nəfər həyatını itirib.
Oxu.Az-ın CNN-ə istinadla məlumatına görə, faciə Qrand-Blank şəhərində, İsa Məsihin Axır Zaman Müqəddəsləri Kilsəsinin (mormonlar) ibadətxanasında qeydə alınıb.
Bildirilir ki, ilkin mərhələdə atəş açılması nəticəsində iki nəfər həlak olub. Lakin daha sonra bu say dörd nəfərə qədər artıb - cinayətkar tərəfindən yandırılmış daha iki nəfərin cəsədi aşkar edilib.