Tailandda iki kater toqquşub.
“The Phuket News”un xəbərinə görə, hadisə dənizdə Puket adasının sahilində baş verib.
Xəbərdə bildirilib ki, turist kateri ilə “ALP” şirkətinə məxsus katerin toqquşmasına yüksək sürət səbəb olub. Hadisə nəticəsində turist katerində olan iki Rusiya vətəndaşı ölüb.
Onlar altı yaşlı qız və 12 yaşlı oğlan olublar. Rusiya vətəndaşı olan 20-dən çox turistin xəsarət aldığı bildirilib. Xilasedicilər yaralılara ilkin tibbi yardım göstərdikdən sonra onlar xəstəxanaya yerləşdiriliblər.