Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İki milyon nəfər Hindistan vətəndaşlığından məhrum edilə bilər
Hindistanın Assam ştatı hakimiyyəti tərəfindən tərtib edilən Milli Vətəndaşlıq Reyestrinə iki milyona yaxın şəxsiin adı daxil edilməyib.
Bu barədə yerli hakimiyyət orqanlarından məlumat veriblər.
Qeyd edilir ki, həmin şəxslər Hindistan vətəndaşlığından məhrum edilə və ölkədən deportasiya edilə bilərlər.
Reyestrə ştatın 31,1 milyon sakini daxil edilib. Məlumata əsasən, 1971-ci il martın 24-dək ştatda yaşadıqlarını və Banqladeşdən qanunsuz miqrant olmadıqlarını sübut edən insanlar reyestrə daxil edilirlər.
O da bildirilir ki, mümkün etiraz aksiyalarından ehtiyat edildiyinə görə ştatda təhlükəsizlik tədbirləri gücləndirilib.
"Banqladeş" teqi üzrə xəbərlər
- Pakistan və Banqladeş yarım əsr sonra əlaqələri bərpa etdilər
- Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı
- Banqladeşdəki daşqınlardan milyonlarla insan zərər çəkib
- Banqladeş diplomatik nümayəndələrini əvəzləyir: Qərar hansı ölkələrə aid edilir?
- Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb