Həkimlər Sidneydən olan Rene və Saymon Xoui cütlüyünə dəhşətli xəbər veriblər: onların dünyaya gələcək körpələrinin iki sifəti və iki beyni olacaq.
Oxu.Az vesti.ru-ya istinadən bildirir ki, həkimlər 7 uşağı olan anaya təcili şəkildə hamiləliyi dayandırmağı məsləhət görüblər, çünki belə fəsadlarla dünyaya gələn uşaq 2 gündən artıq yaşamayacaq. Amma Rene etiraz edib:
“Biz ərimlə heç bir halda hamiləliyə son verməməyi qərara aldıq”, - onun sözlərinə görə, o istənilən halda uşağı məhv etməyə qarşıdır, körpənin dünyaya gəlməsi onları əzablara düçar etsə belə.
Renenin həyat yoldaşı Saymon “Sağlığında belə fəsadlar olan uşağı öldürmək, autizmdən əziyyət çəkən uşaqdan etiraz etməkdən betərdir” – deyə, cavab verib.
O, öz qızı ilə çox az zamanları olsa belə tanış olmaq istəyir.
“Əgər bizim cəmi iki günümüz olacaqsa deməli belə olmalı idi” – Rene Xoui bildirib. Onun qızları bu fikir ilə razılaşıblar.
“Biz öz bacımızı heç nəyə baxmayaraq sevəcəyik”, - bu Petsi-Enn və Crss Xouiyə aid sözlərdir.
Bu günə qədər ikisifətli uşaqların dünyaya gəlməsi ilə əlaqəli cəmi 35 analoji fakt qeydə alınıb.
Sonuncu belə fəsadlı körpə 2008-ci ildə Hindistanda dünyaya gəlib. Onlardan heç biri sağ qalmayıb.