Olimpiya çempionu, 22 yaşlı Jackie Samoun üç il əvvəl verdiyi pozalar ölkəsi Livanda müzakirə obyektinə çevrilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, məşhur idmançının kamera arxasında çəkilən çılpaq fotoları üç il sonra yayılıb.
Livan idman naziri Faysal Kerami Olimpiya komitəsinə müraciət edərək gənc idmançı haqqında cinayət işi açılmasını tələb edib.
Samoun isə şəkilləri haqqında bu açıqlamanı verib:
“Üç il əvvəl Avstriyada bir idman jurnalı üçün idmançılarla bu çəkilişi etmişdik. Pis bir niyyətim yox idi, üzr istəyirəm”.