Çində donuz qaraciyərinin insana köçürülməsi ilə bağlı nadir əməliyyat həyata keçirilib. 71 yaşlı pasiyent bu prosedurdan sonra 171 gün yaşayıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu, elmi jurnalda rəsmi olaraq elan edilən ilk belə nailiyyətdir. Əvvəllər alimlər insanlara donuz böyrəyi və ürəyini transplantasiya ediblər, qaraciyəri isə yalnız ölmüş xəstələrə köçürməyə çalışıblar. Lakin bir çox mütəxəssislər qaraciyərin ümumiyyətlə heyvanlardan köçürülə biləcəyinə şübhə edirdilər.
Tədqiqatda iştirak edən doktor Beyçen Sun bildirib ki, həmişə qaraciyər transplantasiya üçün çox mürəkkəb orqan hesab edilib, lakin indi onun fikrincə, həkimlər fərqli düşünməyə başlayacaqlar. O, əmindir ki, donuz qaraciyərinə kifayət qədər insan geni əlavə edilərsə, insanlara tətbiqi effektli ola bilər.