İran İslam Respublikasının Prezidenti Həsən Ruhani iyunun 18-də ölkənin Lorestan əyalətinə səfəri zamanı onu qarşılamağa toplaşmış insanların qarşısında çıxış edərək bəyan edib ki, İran xalqı Kərbəla, Nəcəf, Kazimi və Samirədəki müqəddəs türbələri müdafiə etmək üçün bütün imkanlara malikdir və bu məsələdə heç nədən çəkinməyəcək.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, İraqda baş verən qanlı hadisələrə münasibət bildirən prezident Həsən Ruhaninin bildirdiyinə görə, imamların türbələrini qorumaq üçün terrorçulara hədlərini bildirməklə bağlı çoxsaylı müraciətlər daxil olmaqdadır.
Həsən Ruhani, terorrçular və onların arxasında dayananlar İraq xalqı qarşısında acizdirlər deyib.