İndoneziya hakimiyyəti bu vaxta qədər göyərtəsində 197 nəfərin olduğu itmiş bərənin yerini tapa bilmir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bərənin qəzaya uğraması barədə rəsmi məlumat yoxdur.
Qəzanın İndoneziyanın Şərqi Kalimantan vilayətinin sahillərində baş verdiyi ehtimal olunur.
Axtarış üzrə əməliyyatlar bütün gecə davam etsə də, nəticələr barədə hələ məlumat verilmir.