Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İndoneziyada ən yüksək təhlükə səviyyəsi elan edildi
İndoneziyada Levotobi vulkanı püskürüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Antara" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vulkan 2 km hündürlüyə qədər kül püskürüb. Hökumət püskürmənin təhlükə səviyyəsini ən yüksək dördüncü səviyyəyə qaldırıb.
Püskürmə Şərqi İndoneziyada yerləşən Flores adasındakı dağda bir neçə həftə davam edən vulkanik fəaliyyətin artmasından sonra baş verib. Bu, yerli hökuməti yaxınlıqdakı kəndlərin təxliyəsi barədə əmr verməyə məcbur edib.
"Vulkan püskürməsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar