Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında aktivlik qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.
O qeyd edib ki, hazırda vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ərazidə ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
Bildirilib ki, püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Qeyd edək ki, 26 sentyabr 2026-cı il tarixində Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.
Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb. Püskürmə ocağının dərinliyi 4 km təşkil edib.
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.
Məhərrəm Əliyev
Qaradağ rayonu Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, hadisə səhər saatlarında baş verib.
Təqdim olunan görüntülərdə vulkandan alovun və qara tüstünün qalxdığı aydın görünür.
