İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb. Vulkanın külü dəniz səviyyəsindən 4.7 kilometr hündürlüyə qalxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Antara" agentliyi Semeru müşahidə məntəqəsinə istinadən məlumat yayıb.
Məlumata görə, püskürmə təxminən 102 saniyə davam edib. Sakinlərə vulkandan 13 kilometr radiusda, xüsusilə Besuk Kobokan çayı boyunca açıq havada fəaliyyət göstərməkdən çəkinmək tövsiyə olunub.
Közərmiş süxurların atılması riski səbəbindən vətəndaşların Semeru kraterindən 5 kilometr məsafəyə yaxınlaşması qadağan edilib.
Bu gün İndoneziyanın Cakarta şəhərində yerləşən ölkənin ən böyük hava limanı - "Sukarno-Hatta" digər vulkanın, Anak-Krakatau vulkanının püskürməsi nəticəsində külün yayılması səbəbindən fəaliyyətini dayandırıb.
Sentyabrın 1-də Sumatranın adasında yerləşən Sinabunq vulkanı da püskürüb. Həmin vaxt kül sütunu təxminən 3.5 kilometr hündürlüyə qalxıb.