Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ramazan ayı dələduzların gəlir mənbəyinə çevrilib - XƏBƏRDARLIQ
Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, son günlərdə məşhur banklardan birinin adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir.
SMS bölməsində Ramazan və Novruz bayramları öncəsi yaxşı şərtlə pul vəsaiti, həmçinin hədiyyələr təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.
Kiberdələduzlar prosesi o qədər peşəkarlıqla yaradıblar ki, bu, vətəndaşlarda şübhə yaratmır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə deyir ki, kiberdələduzlar bu üsulla insanların kart hesablarında olan pulları rahatlıqla mənimsəyə bilirlər.
Mütəxəssis hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqdan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmağı məsləhət görür.
Daxili İşlər Nazirliyi (DİN) də vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir.
Qeyd edək ki, kiberdələduzların qurbanı olmamaq üçün ilk növbədə şəxsi məlumatları məxfi saxlamaq lazımdır.
Ətraflı süjetdə:

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda itkin düşən qızlar 10 gün sonra TAPILDILAR: Taksi sürücüsünün evində GİZLƏNİBLƏRMİŞ
- Şamaxıda məktəbliləri daşıyan mikroavtobus AŞDI: Yaralıların son vəziyyəti AÇIQLANDI
- Əsgər yığıncağından qayıdarkən qəzaya düşən uşaq öldü: Atası da 3 gün əvvəl həlak olmuşdu
- Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
- Yarım milyard manatlıq məhkəmə işində ziddiyyətli məqamlar: "Mən heç cibimdəki pulu saya bilmirəm"