İndoneziyanın Sidoarco şəhərində internat məktəbi binasının çökməsi nəticəsində həlak olanların sayı artaraq 54 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Detik" portalı" yazıb.
İnternat məktəbin qalıqları altından daha bir neçə cəsəd çıxarılıb.
İndoneziya Milli Axtarış-Xilasetmə Agentliyinin əməliyyatlar üzrə direktoru Yudxi Bramantyo bildirib ki, bütün zərərçəkmişlər təxliyə ediliblər.
Faciə şagirdlərin günorta ibadətinə toplaşdıqları vaxt baş verib.