Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Inın oxşarını Vyetnamdan qovdular - FOTO
Kim Çen Inın Avstraliyadan olan oxşarı Hovard İks ABŞ və Şimali Koreya liderlərinin Zirvə toplantısı ərəfəsində Vyetnamdan deportasiya edilib.
Bu barədə “Reuters” məlumat yayıb.
“Kim”in dediyinə görə, onu ölkə hüdudlarından kənarlaşdırmazdan əvvəl bir müddət saxlayıblar.
“Şimali koreyalılar yumor hissindən məhrumdur. Satira isə istənilən diktaturaya qarşı ən güclü silahdır”, - deyə Hovard İks bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti sammit 27-28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoyda keçiriləcək.
Bundan əvvəl oxşarın Sinqapur hökuməti ilə də analoji problemləri olmuşdu. Belə ki, hər hansı təxribatın baş verməməsi üçün 2018-ci ildə onun ABŞ-KXDR sammitinin keçirildiyi məkana yaxınlaşmasına qadağa qoyulmuşdu.
"Avstraliya" teqi üzrə xəbərlər
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı
- Sidneydə qəfil peyda olan yüzlərlə qara kürənin sirri açıldı: Alimlər yeni bilinməzlik qarşısında
- Dünyanın ən nəhəng timsahı öldü
- Avstraliyada ən böyük narkotik laboratoriyası məhv edilib
Rəylər