"Instagram" yeni üfüqləri kəşf edən yaradıcı insanları həvəsləndirmək üçün yeni "Rings" mükafatının təqdimatını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Hollywood Reporter" məlumat yayıb.
Ənənəvi müsabiqələrdən fərqli olaraq, "Rings" mükafatı konkret məzmun növü və ya izləyicilərin sayı ilə bağlı deyil.
Qalibləri seçmək üçün platforma incəsənət, dəb və mədəniyyət dünyasının tanınmış simalarından ibarət beynəlxalq münsiflər heyəti toplayıb. Mükafat dünyanın hər yerindən 25 kontent yaradıcısına təqdim olunacaq.
İlk mükafat sahibləri 10 oktyabr 2025-ci ildə elan ediləcək. "Instagram" nümayəndələrinin sözlərinə görə, mükafatların təqdimatı hər il ənənəvi olacaq.