Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İordaniya Qətərin Əl-Cəzirə telekanalının lisenziyasını geri alır
İordaniya hökuməti Qətərin Yaxın Şərqdə populyar olan Əl-Cəzirə telekanalının fəaliyyəti üçün verilmiş lisenziyanı geri alır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İordaniya nazirlər kabinetinin nümayəndələri bildir.
Qeyd edilir ki, İordaniya Qətər dövlətindəki diplomatik nümayəndəliyinin fəaliyyət səviyyəsinin aşağı düşdüyünü elan edib.
Bu ərəfədə Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv Respublikası və Mavriki Respublikası Dohanın terrorizm və ekstremist ideologiyanı dəstəklədiyi üçün Qətərlə diplomatik münasibətlərin kəsilməsini elan edib. Bir sıra ölkələr digər, məsələn, dəniz və aviaəlaqənin kəsilməsi, bank əməliyyatlarının dayandırılması, Qətər diölomatlarının ölkədən göndərilməsi kimi tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edildiyini elan ediblər.
S.S.
www.oxu.az