İyunun 7-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Oxu.Az BFB-ə istinadən xəbər verir ki, hərraca 50 000 000 manat həcmdə not çıxarılıb. Bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün təşkil edib.
Hərrac zamanı 10 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 179 995 400 manat təşkil edib.
Sifarişlər 99.0749 AZN (12.01%) və 99.0749 AZN (12.01%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.01%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.06.2017 (t+0) tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 50 000 000 AZN manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 05.07.2017-ci ildir.
L.Ə.