İran Silahlı Qüvvələri Qətərdə yerləşən ABŞ-nin "Əl-Udeyd" hərbi bazasına zərbələr endirərək radiolokasiya sistemini (RLS) və bir neçə havada yanacaqdolduran təyyarəsini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti rəsmi məlumat yayıb.
"Ötən gecə İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin döyüşçüləri tərəfindən icra edilən qisas əməliyyatının davamı kimi, "Nəsr 2" əməliyyatının 15-ci mərhələsində ABŞ-nin Qətərdəki "Əl-Udeyd" aviabazasına güclü və qəfil hücum təşkil olunub", - deyə bəyanatda qeyd olunub.
Bildirilib ki, gerçəkləşdirilən hücum nəticəsində bir RLS və ABŞ-nin bir neçə strateji yanacaqdolduran təyyarəsi tamamilə sıradan çıxarılıb, daha bir sıra təyyarələrə isə ağır ziyan dəyib.
İran Yaxın Şərq bölgəsində yerləşən ABŞ hədəflərinə cavab zərbələri endirərək Omanda ABŞ ordusunun iki radar sistemini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
"Cavab əməliyyatlarının davamı olaraq bu gün sübh tezdən İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri "Nəsr 2" əməliyyatının 13-cü dalğası çərçivəsində Salameh (adasının) qayalıqlarında dəniz nəzarəti radarını, həmçinin Qanem (Oman) bölgəsində yerləşdirilmiş ABŞ hava nəzarəti radarını vuraraq məhv edib", - deyə bəyanatda bildirilir.
İranın pilotsuz uçuş aparatları ABŞ-nin Küveytdəki qüvvələrinə və düşmən ordusunun maddi-texniki təminat mərkəzlərinə hücum həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Bir neçə saat əvvəl "İldırım" əməliyyatının 12-ci mərhələsi çərçivəsində İran ordusunun "Arəş" dağıdıcı dronları ABŞ-nin Küveytdə dislokasiya olunmuş qüvvələrinə və maddi-texniki təminat mərkəzlərinə zərbələr endirib", - deyə açıqlamada qeyd olunub.
Bundan başqa "Rudaw" telekanalının məlumatına görə, İraqın Süleymaniyyə şəhərində də dörd partlayış qeydə alınıb.
Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həmçinin Suriya ərazisindəki ABŞ xüsusi əməliyyatlar idarəetmə mərkəzini də hədəfə alıb. Həyata keçirilən hücum nəticəsində qarşı tərəfə məxsus radiolokasiya stansiyası və helikopterlər tamamilə sıradan çıxarılıb.