İran Fars körfəzində "Louise" neft tankerinə hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran dövlət televiziyası (IRIB) məlumat verib.
İddia edilir ki, Marşal adaları bayrağı altında üzən gəmi zərbəyə məruz qalıb.
Qeyd olunur ki, tanker ABŞ-yə məxsus ola bilər.