Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İran generalı: "İsrailin təcavüzünə cavabımız fərqli olacaq"
"İsrailə növbəti cavabımız bu ölkənin rəhbərlərinin təsəvvür etdiyindən fərqli olacaq".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.
Onun sözlərinə görə, budəfəki cavab taktika, icra və tətbiq olunacaq silah növü baxımından təəccübləndirəcək.
"Uzun illərdir ki, İranın müdafiə doktrinası düşmənin təhdidlərinə sarsıdıcı və çəkindirici cavab vermək üzərində qurulub. İran ordusu istənilən səviyyəli təhlükə ilə mübarizə aparmağa hazırdır", - deyə, general əlavə edib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailin müdafiə naziri Pentaqon rəhbərini İranla bağlı təcili tədbir görməyə çağırıb
- Trampın qayıdışı ərəfəsində İsrail İrana hücum planlayır?
- Netanyahu: "İsrail İranın şər oxununun barmağını kəsməkdə qərarlıdır"
- Hakan Fidan: "İsrail-İran arasında müharibə ehtimalını yüksək hesab edirəm"
- İsraildə İran casusu saxlanılıb: Terror aktı planlaşdırırdı
Ən çox oxunanlar