Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Robert Levandovski Lionel Messi və Kriştianu Ronalduya çatıb
"Barselona"nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb.
Oxu.Az xəbər verir ki, polşalı forvard V turun "Brest"lə oyununda penaltini dəqiq yerinə yetirərək bu göstəriciyə nail olub.
Bununla da o, Çempionlar Liqasında 100 qol həddinə çatan üçüncü futbolçu olub.
Əvvəllər bu göstəriciyə yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) imza atıblar.
Qeyd edək ki, 36 yaşlı futbolçu 100 qolu 125-ci matçında vurub.
"Robert Levandovski" teqi üzrə xəbərlər
- Yamal və Pedri "Barselona"dan Levandovskiyə əvəz tapmağı tələb ediblər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- Robert Levandovskinin "Barselona"dakı taleyinə aydınlıq gəldi
- Robert Levandovski Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb
- Üçüncü onilliyin ən məhsuldar futbolçularının adları məlum olub
Ən çox oxunanlar