İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri, general Cəmşid Eşaqi ABŞ və İsrailin həyata keçirdiyi hücum zamanı ölüb.
Oxu.Az-ın xəbərinə əsasən, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, general-mayor Əhməd Vahidi rəsmi açıqlama verib.
"Tasnim" komandanın bəyanatından sitat yayımlayıb:
"Silahlı Qüvvələrin Baş Qərargah rəhbərinin müşaviri Cəmşid Eşaqi və onun bir sıra ailə üzvlərinin terror hücumu nəticəsində şəhid olmaları ilə əlaqədar başsağlığı diləklərimi çatdırıram".