İran hakimiyyəti etirazlar zamanı minlərlə insanın öldürüldüyünü təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei "X" hesabında yazıb.
O bildirib ki, aksiyalar zamanı 250 məscid, 250-dən çox təhsil və elm mərkəzi vandallığa məruz qalıb.
Xameneinin sözlərinə görə, etirazlarda bir neçə min insan qətlə yetirilib. O, qətllərin ABŞ və İsrail tərəfindən həyata keçirildiyini iddia edib.
