İran beynəlxalq və daxili reyslərə qadağanı 19 iyun Bakı vaxtı ilə saat 02:30-a qədər uzadıb.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavan bildirib.
Xatırladaq ki, daha əvvəl ölkənin hava məkanının bu gün saat 14:00-a (Bakı vaxtı ilə 14:30 - red.) qədər bağlı qalacağı bildirilmişdi.
İran hava məkanının bağlı qalması müddətini uzadıb.
Oxu.Az-ın SNN telekanalına istinadla məlumatına görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Mehdi Ramezani xəbər verib.
"Ölkənin hava məkanı bu gün saat 14:00-a (Bakı vaxtı ilə 14:30 - red.) qədər bağlı qalacaq", - deyə o bildirib.