Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İtaliyanın baş naziri: "İranın indiki rəhbərliyi xalq tərəfindən devrilməlidir"
"Nüvə gücünə malik olan İran təkcə İsrail üçün deyil, bizim hamımız üçün təhlükə ola bilər".
Oxu.Az italiaoggi.it-ə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Mən həmişə düşünmüşəm ki, ən yaxşı ssenari zülmə məruz qalmış İran xalqının rejimi devirə biləcəyi ssenaridir. Bundan sonra biz olan undan çörək bişirməliyik, yəni düşdüyümüz ssenari çərçivəsində hərəkət etməliyik. Ona görə də məqsəd İranın nüvə gücünə çevrilməsinin qarşısını almaqdır", - o izah edib.
"Biz eskalasiya istiqamətində irəliləyirik. Biz bilirik ki, bu gün təhlükə mövcuddur və onu aradan qaldırmaq üçün çalışmaq lazımdır. Biz hamımız əminik ki, bu, danışıqlar yolu ilə aradan qaldırılmalıdır, lakin buna cəhd edilib və təəssüf ki, heç bir nəticə əldə olunmayıb. Düşünürəm ki, bu gün başqa ssenari də mümkündür ki, biz danışıqlara gəlib hamının ortaq olduğu məqsədə - İranın nüvə dövləti statusundan imtinasına nail olaq", - Meloni əlavə edib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"