Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İran İsrailin hücumlarını dayandırmaq üçün iki ölkədən kömək istəyib
İran İsrail zərbələrinin dayandırılmasına dair ABŞ ilə danışıqlarda Oman və Qətərdən kömək istəyib.
Bu barədə Oxu.Az "The Jerusalem Post" nəşrinə istinadla xəbər verir.
Nəşr öz mənbələrinə istinadla yazır ki, Tehran bu iki dövlətdən nüvə razılaşması üzrə dialoqa qayıtmaqda kömək istəyir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.
İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.
"Qətər" teqi üzrə xəbərlər
- İsrail Misir və Qətəri Qəzzada humanitar şəhər salmaq planı barədə məlumatlandırıb
- Trampın Netanyahu ilə görüşünün təfərrüatı məlum oldu
- Britaniya əfsanəsinin sonu: "Typhoon" qırıcılarının istehsalı DAYANDIRILIR
- BƏƏ: "İran Qətərə hücum edərək, Fars körfəzi ölkələrinin etibarını sarsıtdı"
- Pezeşkian İranın ABŞ-nin Qətərdəki bazasına hücumuna görə peşmandır