Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrailin İrana qarşı əməliyyatı həftələrlə davam edə bilər
İsrailin İrana qarşı hərbi əməliyyatı günlərlə deyil, həftələrlə davam edə bilər və bu, ABŞ administrasiyasının gizli razılığı ilə həyata keçirilir.
Oxu.Az bildirir ki, bu barədə CNN telekanalı Ağ Evdəki və İsrail hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə heç bir etiraz etməyib.
Ağ Evin sözçüsü təsdiq edib ki, Amerika tərəfi İsrailin planlarından xəbərdardır və onları üstüörtülü şəkildə dəstəkləyir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib. İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi